Keriço və Nakuru şəhərləri arasında ağır yol qəzası baş verib
Keniyanın qərbində baş verən yol qəzasında azı 44 nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə Keniyanın "Standard" qəzeti məlumat yayıb.
Hadisə Keriço və Nakuru şəhərləri arasında baş verib. Şahidlərin sözlərinə görə, yük avtomobilinin sürücüsü idarəetməni itirərək altı avtomobilə çırpılıb, daha sonra isə kanala düşüb. Yaralılar xəstəxanaya yerləşdirilib.