“İnsanlar bankomatlardan istifadə etmək üçün uzun məsafə qət etmək məcburiyyətində qalırlar”
Azərbaycanda kəndlərdə bankomatların sayının artırılması təklif edilib. AYNA “Modern.az”a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında” məsələnin müzakirəsi zaman deputat Bəxtiyar Əliyev çıxış edib.
Deputat söyləyib ki, seçicilərlə görüşlərdə onların şikayət etdiyi məsələlərdən biri də kəndlərdə bankomatların çatışmazlığıdır.
“İnsanlar bankomatlardan istifadə etmək üçün uzun məsafə qət etmək məcburiyyətində qalırlar. Bu baxımdan kənd yerlərində bankomatlarin quraşdırılması insanların bu çətinliyin aradan qaldırar”, - deyə deputat əlavə edib.