Kəmaləddin Heydərov Qobustanda vətəndaşları qəbul edib

Xəbərlər

09.06.2023 - 17:33

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlə yanaşı, nazir müavinləri, müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 9 iyun 2023-cü il tarixində Qobustan şəhərində, Nazirliyin Qobustan rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Qobustan və Şamaxı rayonlarının sakinlərinin qəbulunu keçirib. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilib ki, əvvəlcə, nazir K.Heydərov xalqımızın ümummilli lideri Heydər Əliyevin Qobustan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Qobustan və Şamaxı rayonlarının sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Müəllif: Ayna.az