Kəlbəcərdə qanunsuz işləyən şirkətin ərazisində silah-sursat aşkarlanıb -   VİDEO

Xəbərlər

24.09.2023 - 10:53

Anbarda külli miqdarda silah və sursat aşkar olunaraq götürülüb

Kəlbəcər rayonu ərazisində yerləşən “Dəmirli” mis-molibden yatağında uzun illər qanunsuz fəaliyyətlə məşğul olan “Base Metals” şirkətinə məxsus tikililərin hərbi məqsədlər üçün istifadə olunduğu müəyyən edilib.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, əraziyə baxış keçirilərkən adı çəkilən şirkətin obyektlərində yaradılmış anbarda külli miqdarda silah və sursat aşkar olunaraq götürülüb.

Müəllif: Ayna.az