Daşkəsəndə itkin düşən şəxs axtarılır
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Daşkəsən rayonunun Bayan kəndində 1 nəfərin meşəlik ərazidə itkin düşməsi barədə ilkin məlumat daxil olub.
FHN-dən AYNA.AZ-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hazırda vətəndaş - 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlunun itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.