Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Xəbərlər

21.05.2022 - 12:07

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub. Bu barədə AYNA-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş