Armen Sarkisyan təyinatla bağlı fərman imzalayıb
Arşak Karapetyan Ermənistanın müdafiə naziri təyin olunub. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə ölkə Prezidenti Armen Sarkisyan Fərman imzalayıb.
A.Karapetyanın müdafiə naziri vəzifəsinə namizədliyi Baş nazir Nikol Paşinyan tərəfindən irəli sürülüb.
Bundan əvvəl N.Paşinyan A.Karapetyanın Ermənistan müdafiə nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.