Vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir
İyulun 24-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonunun Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
FHN-in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu kanalda batması ehtimal edilən 2003-cü il təvəllüdlü Eyvazov Kamran Müzəffər oğlunun axtarışlarına başlayıb.
Havanın küləkli və kanalda su axınının sürətinin yüksək olmasına baxmayaraq, hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.