Kanada mallara tətbiq etdiyi yeni tarif tədbirləri ilə bağlı ABŞ-dan məsləhətləşmələr tələb edib
Kanada ABŞ gömrük rüsumlarına qarşı Ümumdünya Ticarət Təşkilatının (ÜTT) mübahisələrin həlli orqanı qarşısında iddia qaldırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, ölkə martın 5-də ÜTT üzvlərinə müraciət göndərib. Müraciətdə deyilir: "Kanada ÜTT mübahisələrinin həlli prosesinin bir hissəsi olaraq Birləşmiş Ştatların Kanada mallarına tətbiq etdiyi yeni tarif tədbirləri ilə bağlı ABŞ-dan məsləhətləşmələr tələb edib".
Qeyd edək ki, ABŞ səlahiyyətliləri Kanadadan idxal edilən mallara rüsum tətbiq edib. Dərəcələr gömrük dəyərinin yüzdə 25-i olacaq. İstisna ABŞ-a 10 faizlə tədarük edilə bilən enerji resurslarınadır. Ağ Ev Meksikadan gələn məhsullara 25 faizlik oxşar rüsumlar tətbiq edib.