Kamran Əliyev prokurorlara tapşırıqlar verib

Xəbərlər

29.07.2022 - 18:04

Həkimlər Klinikalar SEO Xidməti

Baş prokuror Suraxanı, Xəzər və Pirallahı rayon prokurorluqlarında olub

Baş prokuror Kamran Əliyev Bakı şəhərinin Suraxanı, Xəzər və Pirallahı rayon prokurorluqlarında olub. Bu barədə AYNA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Xəbərə görə, rayon prokurorluqlarında yaradılan xidməti şəraitlə tanış olan Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, cinayət təqibindən kənar icraatların aparılması, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində tapşırıqlar verib, prokurorluq işçilərinin üzərlərinə düşən vəzifələrin icrasında prinsipiallığın artırılmasını tələb edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş