Kamil Zeynallı azadlığa buraxılıb

Xəbərlər

21.02.2024 - 15:38

“Azərbaycan dövlətinin köməyi və təkidi ilə Kamil Zeynallı bu gün Azərbaycana qayıdacaq”

Kamil Zeynallı azadlığa buraxılıb. O bu gün Bakıya qayıdacaq. AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Kamil Zeynallının vəkili Ələkbər Qarayev bildirib.

Onun sözlərinə görə hazırda Kamil Zeynallının vəziyyəti yaxşıdır: “Baxmayaraq ki, Ermənistan dövləti Kamil Zeynallını federal axtarışa vermişdi, ona qarşı çox ağır maddələrlə ittiham irəli sürülmüşdü, amma Rusiya dövləti humanitarlıq göstərdi. Azərbaycan dövlətinin köməyi və təkidi ilə Kamil Zeynallı bu gün Azərbaycana qayıdacaq. Buna görə də mən hamıya təşəkkür edirəm. Çox əziyyət çəkildi. Xüsusilə də Azərbaycanın Rusiyadakı səfirliyinə, şəxsən Polad Bülbüloğluna təşəkkür edirəm. Həqiqətən də, çox böyük iş gördülər”.

Müəllif: Ayna.az