Kamçatkada helikopter qəzasında ölənlərin hamısının meyiti tapılıb

Dünya

02.09.2024 - 11:32

cedabet dərman SEO Xidməti

Meyitlər məhkəmə-tibbi ekspertiza orqanlarına təhvil verilib

Rusiyanın Kamçatka diyarında qəzaya uğrayan “Mi-8” helikopterində həlak olanların hamısının meyiti tapılıb.

AYNA xəbər verir ki, bu barədə Kamçatka diyarının fövqəladə hallar naziri Sergey Lebedev "VKontakte" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Ölənlərin meyitləri aşkar edilərək məhkəmə-tibbi ekspertiza orqanlarına təhvil verilib. Axtarış-xilasetmə əməliyyatı başa çatıb”, - paylaşımda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş