Axtarış tədbirləri nəticəsində şəxsin yeri müəyyən olunaraq ailəsinə təhvil verilib
Gəncədə itkin düşən 17 yaşlı oğlan tapılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Qeyd olunub ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində şəxsin yeri müəyyən olunaraq ailəsinə təhvil verilib.