İtaliyada bir gündə koronavirusdan 260 nəfər ölüb

Dünya

26.04.2020 - 22:22

cedabet dərman SEO Xidməti

Koronavirus can almaqda davam edir 

 

İtaliyada koronavirus qurbanlarının sayı 26 644 nəfərə çatıb.

 

AYNA-nın RİA "Novosti"yə istinadən məlumatına görə, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

 

Bildirilir ki, son bir gündə ölkədə 260 nəfər COVID-19-dan ölüb.

 

Bu, martın 14-dən ən aşağı artımdır. Həmin gün 175 nəfərin virusdan öldüyü bildirilirdi. 

 

Son bir gündə ölkənin virusa yoluxan 1 808 sakini sağalıb. Beləliklə koronavirusdan sağalanların ümumi sayı 64 928 nəfərə çatıb.

 

Ölkədə epidemiya ərzində yoluxma hallarının ümumi sayı, ölənlər və sağalanlar da daxil olmaqla, 197 675 nəfər təşkil edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş