İtaliya Rusiya qazına alternativ axtarır

Dünya

13.03.2022 - 20:42

Həkimlər Klinikalar SEO Xidməti

İtaliya Afrika ölkələri ilə yeni layihələr həyata keçirmək niyyətindədir

İtaliya Rusiya təbii qazından asılılığı azaltmaq və enerji təchizatı mənbələrini şaxələndirmək üçün Afrika ölkələri ilə yeni layihələr həyata keçirmək niyyətindədir. AYNA xarici mediaya istinadən bildirir ki, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio Konqo və Anqolaya səfər edib.

Nazir İtaliyanın Rusiyadan aldığı 29 milyard kubmetr təbii qaza alternativ mənbələr axtarışında olduğunu deyib.

Xatırladaq ki, italiyalı nazir daha əvvəl Əlcəzair və Qətərə səfər etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş