İsveçin xarici işlər naziri NATO-ya müraciət ərizəsini imzalayıb

Dünya

17.05.2022 - 17:18

İsveçin NATO-ya müraciəti Finlandiyanın müraciəti ilə birlikdə təqdim olunacaq

İsveçin xarici işlər naziri Ann Linde NATO-ya müraciət ərizəsini imzalayıb. AYNA xarici mediaya istinadən bildirir ki, Linde sənədə baxılmasının və ratifikasiyasının bir ilə qədər vaxt aparacağını gözləyirlər.

"Bu, böyük, ciddi hissdir və İsveç üçün ən yaxşı olduğunu düşündüyümüz yerə çatdıq", - deyə nazir söyləyib. 

Linde xatırladıb ki, İsveçin NATO-ya müraciəti Finlandiyanın müraciəti ilə birlikdə təqdim olunacaq.

 

Müəllif: Ayna.az