“Amma Türkiyə və Macarıstanın mövqeyinə görə İsveç NATO-ya qəbul olunmaya bilər”
İsveçin Baş naziri Ulf Kristersson iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitdə ölkəsinin NATO-ya daxil olacağına ümid etdiyini bildirib. Baxmayaraq ki, Baş nazir buna əmin deyil. AYNA xəbəır verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hökumət başçısı hesab edir ki, ölkəsi dövlət başçılarının iyul görüşünə qədər Alyansa qoşula bilər.
“Amma Türkiyə və Macarıstanın mövqeyinə görə İsveç NATO-ya qəbul olunmaya bilər”, - deyə Kristersson vurğulayıb.
Qeyd edək ki, İsveç Finlandiya ilə birlikdə NATO-ya üzv olmaq üçün müraciət edib. Lakin Türkiyə 2023-cü ilin yanvarında Stokholmda baş vermiş Quranın yandırılması səbəbindən onun tələbini dəstəkləməkdən imtina edib.
Macarıstan da İsveçin NATO-ya daxil olmasına qarşı çıxıb. İyunun əvvəlində Macarıstan Parlamenti İsveçin NATO-ya daxil olması haqqında sazişin ratifikasiyası barədə qərar qəbul etməyib. Buna səbəb isveçli siyasətçilərin açıqlamaları olub.