İstanbulda Rusiya-Ukrayna danışıqları keçirilir

Dünya

29.03.2022 - 14:19

Həkimlər Klinikalar SEO Xidməti

Görüş media nümayəndələri üçün qapalıdır

Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndələrinin növbəti görüşü keçirilir. AYNA "RİA Novosti"yə istinadən bildirir ki, görüş media nümayəndələri üçün qapalıdır.

"Danışıqlar Türkiyə Prezidentinin Dolmabağça iqamətgahında keçirilir. Buna qədər isə nümayəndə heyətlərinin rəhbərləri - Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski və Ali Radanın “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya arasında ikitərəfli görüş keçirilib", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl nümayəndələrin Belarusda bir neçə dəfə görüşü keçirilib. Həmin görüşlərdə ciddi nəticələr əldə edilə bilməyib. 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş