İstanbulda Kiyev-Moskva danışıqlarının başlama vaxtı müəyyən edilməyib

Dünya

15.05.2025 - 17:41

Həkimlər Klinikalar SEO Xidməti

“Kiyev danışıqlarla bağlı öz mövqeyini bildirməlidir”

İstanbulda Rusiya-Ukrayna danışıqlarının başlama vaxtı müəyyən edilməyib, çünki Kiyev hələlik mövqeyini açıqlamayıb. AYNA.AZ xəbər verir ki, bu barədə TASS mənbəsinə istinadən məlumat yayıb.

 “Hazırda zaman anlayışı yoxdur, hamı gözləyir. Kiyev danışıqlarla bağlı öz mövqeyini bildirməlidir”, - agentliyin mənbəsi bildirib.

Bundan əvvəl məlum olub ki, Ukrayna Rusiya nümayəndə heyəti ilə İstanbulda danışıqlarda iştirak etmək üçün kimisə göndərmək imkanını nəzərdən keçirir. Mənbənin sözlərinə görə, “Rusiya nümayəndə heyəti ciddi söhbətə hazır olarsa” Ukrayna nümayəndə heyəti əlaqə yaradacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş