Əməliyyat şəhərin 4 rayonunda parallel şəkildə aparılıb
İstanbulda İŞİD terror təşkilatı üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirilib. AYNA qardaş ölkə mediasına istinadən bildirir ki, əməliyyat şəhərin dörd rayonunda paralel şəkildə aparılıb.
Keçirilən əməliyyat nəticəsində 9 nəfər şübhəli şəxs qismində saxlanılıb. Terror təşkilatı ilə sıx əməkdaşlıq etdiyi aşkarlanan həmin şəxslərin İŞİD sıralarına yeni üzvlər cəlb etdikləri, terror qruplaşmalarına maddi və texniki dəstək göstərdikləri də müəyyən olunub. Terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam etdirilir.