İsrailin Baş nazirinin Azərbaycana səfəri təxirə salınıb

Xəbərlər

03.05.2025 - 23:17

Həkimlər Klinikalar SEO Xidməti

Səfərin təxirə salınmasının səbəbi bölgədəki son vəziyyətdir

İsrailin Baş naziri Benyamin Netanyahunun 7-11 may tarixlərində Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb. AYNA.AZ xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, səfərin təxirə salınmasının səbəbi bölgədəki son vəziyyətdir.

“Qəzza zolağında və Suriyada baş verən hadisələr, həmçinin sıx siyasi və təhlükəsizlik gündəliyi nəzərə alınaraq, Baş nazir Benyamin Netanyahu Azərbaycana nəzərdə tutulan səfərini daha sonrakı tarixə keçirmək qərarına gəlib,” – deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş