“Səfərin təşkili üçün artıq iki liderin ofisləri arasında ilkin əlaqələr qurulub”
İsrailin Baş naziri Benyamin Netanyahu iyulda Çinə səfər etməyi, Çin rəhbəri Si Cinpinlə görüşməyi planlaşdırır. AYNA xəbər verir ki, bu barədə “The Times of Israel” yazıb.
Bildirilir ki, səfər zamanı Netanyahu digər Çin məmurları ilə də görüşəcək.
“Səfərin təşkili üçün artıq iki liderin ofisləri arasında ilkin əlaqələr qurulub”, - deyə məlumatda vurğulanıb.
Səfərin dəqiq tarixi hələ bilinmir və nə İsrail, nə də Pekin belə bir səfərlə bağlı planlarını açıqlayıb.
Nəşrin israilli mənbələrinə görə, Netanyahunun səfərində səbəb Pekinin getdikcə bölgədə öz çəkisinin həddən artıq çoxalmasıdır. İsrailli mənbə əlavə edib ki, səfər İsrailin Baş nazirinin əlavə diplomatik seçimlərə malik olduğunu nümayiş etdirmək məqsədi daşıyır. Çünki ABŞ Prezidenti Co Bayden Netanyahunu yaxın gələcəkdə Ağ Evə dəvət etmək niyyətində olmadığını açıq şəkildə bildirir. Bayden hələ mart ayında ölkəsində məhkəmə islahatlarına qarşı etirazlara görə İsrailin Baş nazirinin yaxın vaxtlarda Vaşinqtona dəvət olunmayacağını bildirmişdi.