Netanyahu: “Hücumun arxasında İranın olduğuna şübhə etmirəm”
İsrail İranı Oman körfəzindəki gəmisinə hücum etməkdə günahlandırır. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu açıqlama ilə Baş nazir Benyamin Netanyahu çıxış edib.
Netanyahu hücumun arxasında İranın olduğuna şübhə etmədiyini söyləyib. Mümkün cavab tədbirləri barədə suala isə Baş nazir – “İran İsrailin ən böyük düşmənidir”, - deyə cavab verib.
Netanyahu ABŞ Prezidenti Co Baydenin İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyinə əmin olduğunu da sözlərinə əlavə edib: “Bu, ABŞ, İran və digər güclər arasında yeni bir nüvə razılaşmasının əldə olunmasından asılı olmayacaq”.
Qeyd edək ki, İsrailə məxsus bir yük gəmisində partlayış 26 fevralda baş verib. Heyət üzvlərindən heç biri xəsarət almayıb. Hadisədən sonra gəmi ən yaxın limana tərəf yönəldilib.