İsrail XİN vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb

Dünya

12.02.2022 - 23:14

Həkimlər Klinikalar SEO Xidməti

Daha bir ölkə Ukraynada yaşayan vətəndaşlarına müraciət edib

İsrail Xarici İşlər Nazirliyi vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb.

AYNA-nın məlumatına görə, nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Kiyevdən Təl-Əvivə uçuşların sayını artırmaq üçün aviaşirkətlərlə danışıqlar aparılır.

“Davam edən gərginlik və eskalasiya qorxusu ilə əlaqədar Ukraynada yaşayan İsrail vətəndaşlarını mümkün qədər tez bir şəkildə ölkəni tərk etməyə çağırırıq”, - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, nazirliyin baş direktoru Alon Uşpizin rəhbərliyi ilə XİN-də xüsusi böhran qrupu yaradılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş