Baş nazir Benyamin Netanyahu humanitar yardımların dayandırılmasına qərar verib.
İsrail Qəzza sektoruna humanitar yardımların buraxılmasını dayandırıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İsrailin Baş nazirinin ofisi məlumat yayıb.
Bildirilib ki, Baş nazir Benyamin Netanyahu humanitar yardımların dayandırılmasına qərar verib.
“Baş nazir Netanyahu əsir və girovların mübadiləsinə dair razılaşmanın birinci mərhələsinin başa çatması və HAMAS-ın ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Ramazan və Pasxa bayramlarında Qəzza zolağında müvəqqəti atəşkəs və girovların azadlığa buraxılmasıyla bağlı təklifini qəbul etməməsi ilə əlaqədar belə qərar verib. Bu gün səhərdən Qəzzaya bütün humanitar malların və yüklərin daşınması dayandırılıb”, - deyə məlumatda vurğulanıb.