“İsrail Prezidentinin Azərbaycana səfərinizi tarixi səfərdir” – PREZİDENT

Xəbərlər

30.05.2023 - 14:35

İlham Əliyev: “Biz səfərdən sonra müsbət dinamikanın şahidi olacağıq”

“Əminəm ki, bu səfər ölkələrimiz arasında dost münasibətlərin inkişafına stimul verəcək”. AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşdə deyib.

İsrail Prezidenti ilə ikitərəfli münasibətlərin gündəliyi və regional məsələlər barədə çox yaxşı müzakirələrin aparıldığını söyləyən dövlətimizin başçısı bildirib: “Əminəm ki, heyət nümayəndələri ilə görüşlər, bilavasitə Sizinlə bu gün və sabah aparacağımız söhbət çərçivəsində geniş səpkidə məsələlər müzakirə olunacaq”.

“Biz səfərdən sonra müsbət dinamikanın şahidi olacağıq. Çünki baxmayaraq biz ayrı-ayrı istiqamətlər - ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük, mən tamamilə əminəm ki, böyük potensial mövcuddur. Lakin çoxlu işlər görülməlidir. Əlbəttə ki, biz sizin Azərbaycana səfərinizi tarixi səfər hesab edirik”, - Prezident vurğulayıb.

Müəllif: Ayna.az