İsrail ordusu Qəzzada 450-dən çox radikalın məhv edildiyini açıqlayıb

Dünya

03.10.2024 - 20:58

cedabet dərman SEO Xidməti

Qəzza zolağında yüzlərlə infrastruktur obyekti yerlə yeksan edilib

İsrail Müdafiə Qüvvələri son üç ayda Qəzza zolağında 450-dən çox fələstinli radikalı zərərsizləşdirib.

AYNA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Son üç ay ərzində müdafiə qüvvələrimiz hava zərbələri və birbaşa toqquşmalar nəticəsində 450-dən çox terrorçunu məhv edib, eləcə də Qəzza zolağında yüzlərlə infrastruktur obyektini yerlə yeksan edib”, - məlumatda bildirilir.

Mətbuat xidmətindən həmçinin əlavə edilib ki, 252-ci diviziyanın hərbçiləri Fələstin anklavında təxminən 8 kilometr uzunluğunda olan tuneli aşkarlayaraq məhv ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş