İsrail karantini ləğv edəcəyi vaxtı açıqlayıb

Dünya

25.02.2021 - 07:53

İsraildə 16 yaşdan yuxarı insanların peyvəndlənməsi martın sonunda tamamlanacaq

 

İsrail aprel ayında koronavirusla bağlı məhdudiyyətlərin hamısını ləğv etməyi planlaşdırır.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Benyamin Netanyahu səhiyyə naziri Yuli Edelşteynlə keçirdiyi brifinqdə bəyan edib.

 

O bildirib ki, bütün məhdudlaşdırıcı tədbirləri ləğv edib, ölkəni normal vəziyyətə geri qaytarmağa ümidvardırlar.

 

“Bütün dünyada insanlar vaksin gözləyir, ancaq İsraildə peyvənd insanları gözləyir. Bunu dəyişdirməliyik”, - ölkədə 16 yaşdan yuxarı bir milyondan çox insanın koronavirus vaksinasiyasından keçmədiyini deyən Netanyahu əlavə edib.

 

O vurğulayıb ki, İsraildə 16 yaşdan yuxarı insanların peyvəndlənməsi martın sonunda tamamlanacaq. Bundan sonra isə ölkədə pandemiya ilə bağlı vəziyyət apreldə normallaşacaq.

Müəllif: Ayna.az