Verilən silahları soyqırım üçün istifadə etməyəcək
İsrail Almaniyadan aldığı silahlardan soyqırım üçün istifadə etməməyi öhdəsinə götürən sənəd imzalayıb. AYNA xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb.
Almaniya Nazirlər Kabinetinin Yaşıllar Partiyasından olan üzvləri nəşrə bildiriblər ki, “İsrail hökuməti Almaniya hökumətini aldığı silahlarla soyqırım törətməyəcəyinə dair yazılı şəkildə sənəd imzalayıb”.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolts bildirmişdi ki, Almaniya İsrailə daha da çox silah verəcək.