İsrail 600 fələstinli məhbusu azad edib

Dünya

27.02.2025 - 13:45

Həkimlər Klinikalar SEO Xidməti

“Xalqımız işğalçıların azadlığa buraxdığı 600 qəhrəman məhbusumuzu qəbul edib”

Qəzza zolağına 600 fələstinli məhbus gəlib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Fələstinin HƏMAS hərəkatı məlumat yayıb.

“Xalqımız işğalçıların azadlığa buraxdığı 600 qəhrəman məhbusumuzu qəbul edib”, - hərəkatın məlumatında qeyd edilib.

HƏMAS atəşkəs razılaşmasından kənara çıxmaların qarşısını almaq üçün israilli girovların cəsədlərinin təhvil verilməsi prosesinin fələstinli məhbusların azad edilməsi ilə sinxronlaşdırıldığını vurğulayıb.

“Əl-Cəzirə” fələstinlilərin Qəzzanın cənubundakı Xan Yunis şəhərindəki xəstəxanaya 12 avtobusla gətirildiyi xəbərini yayıb. Onlar ailələrinə qovuşmazdan əvvəl tibbi müayinədən keçəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş