İspaniyada koronavirusdan ölənlərin sayı artıb

Dünya

18.04.2020 - 19:20

İspaniyada virusdan daha 585 adam ölüb


İspaniya Səhiyyə Nazirliyi ölkədəki koronavirusla mübarizənin davam etdiyi bir zamanda Covid-19 səbəbindən ölüm sayının hələ də azalmadığını deyib. AYNA xarici mediya istinadən  xəbər verir ki, ölkədə rəsmi statistika hələ də pandemiyadakı gərginlik səviyyəsini qoruyur.


Son 24 saat ərzində daha 585 nəfər virus qurbanı olaraq ölüb.


İspaniyada virusa yoluxma faktı 191 726 nəfərə çatıb. Ötən gün bu rəqəm 188 068 nəfər idi. Ölkədə ölüm sayı ümumilikdə 20 043 nəfərə çatıb.

 

Müəllif: Raminə Eyvazqızı