İspaniyada əhalinin 70 faizi vaksinasiya olunub

Dünya

02.09.2021 - 01:28

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir 

 

İspaniyanın Baş naziri Pedro Sançez ölkə sakinlərinin 70%-nin koronavirusa qarşı tam peyvənd edildiyini bildirib.

 

AYNA-nın xəbərinə görə, bu barədə Sançez "Twitter" hesabında yazıb.

 

Baş nazir 40 yaşdan yuxarı sakinlərin 90%-dən çoxunun hər iki dozada, 20-29 və 12-19 yaş qruplarında olan yeniyetmə və gənclərin 70%-dən çoxunun birinci dozada peyvənd olunduğunu deyib.

 

Pandemiyanın başlanmasından bəri İspaniyada 4,9 milyon sakin koronavirusa yoluxub, 84,4 mindən çox insan xəstəlikdən ölüb, 4,4 milyonu isə tamamilə sağalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş