daşqın qurbanlarının sayı 214 nəfərə çatıb
İspaniyada daşqın qurbanlarının sayı 214 nəfərə çatıb. AYNA xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Baş nazir Pedro Sançes agentliyə bildirib ki, onlarla sakin hələ də itkin düşüb. O, hökumətin artıq hadisə yerində işləyən 2500 əsgərdən əlavə insanların axtarışına və ərazini daşqınların təsirindən təmizləməyə kömək etmək üçün daha 5000 əsgər göndərdiyini rəsmən elan edib.
"Hökumət lazım olduğu müddətdə bütün lazımi resursları səfərbər edəcək", deyən Sançez İspaniya Silahlı Qüvvələri üçün əməliyyatı “sülh dövründə ən böyük əməliyyat” adlandırıb.