Meyiti tapılan şəxs Tircan kənd sakinidir
İsmayıllıda kişi meyiti aşkar olunub. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, dünən axşam saatlarında İsmayıllı rayonunun Tircan kənd ərazisində kişi meyiti tapılıb.
Ilkin araşdırmalar nəticəsində məlum olub ki, meyiti tapılan şəxs 1955-ci il təvəllüdlü İsmayıllı rayon Tircan kənd sakini Nəsirov Misirxandır.
Şəxsin psixoloji problemləri olduğu bildirilir. Meyit kəndin su keçidində aşkarlanıb.