İsmayıllıda narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb

Xəbərlər

14.01.2025 - 16:58

Həkimlər Klinikalar SEO Xidməti

Ondan qanunsuz saxladığı iki ədəd ov tüfəngi də aşkarlanıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Bildirilib ki, tədbirlərlə əvvəllər də məhkum olunmuş rayon sakini, 29 yaşlı Fərhad Hüseynov saxlanılıb.

Onun idarə etdiyi avtomobildən və yaşadığı ünvandan səkkiz kiloqrama yaxın marixuana, eləcə də qanunsuz saxladığı iki ədəd ov tüfəngi aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotik vasitələri satış məqsədilə saxladığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, F.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az