İşğaldan azad edilən ərazilərdə daha 17 mina aşkarlanıb

Xəbərlər

07.02.2022 - 15:58

Həkimlər Klinikalar SEO Xidməti

51 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan AYNA-ya verilən məlumata görə, fevralın 1-dən 5-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 7, tank əleyhinə 10 mina və 42 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 51,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş