İş yerini dəyişdirən müəllimlərin sayı açıqlanıb

Xəbərlər

03.06.2022 - 19:11

Həkimlər Klinikalar SEO Xidməti

950 müəllim uğur qazanıb

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədlərin sayı açıqlanıb. Bu barədə AYNA-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.

Bildirilib ki, ümumilikdə 950 nəfər müsabiqəni uğurla tamamlayıb.

Onlardan 372-si həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələrdə 3-5 il, 335-i həmin müəssisələrdə 5 il və daha artıq müddətə çalışanlar, 21-i şəhid ailəsi üzvü olanlar, 55-i hərbçi ailəsi üzvü olan, 495-i isə həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisələrə yerdəyişmə edən namizədlərdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş