Aksiyaçılar şəhərin müxtəlif yerlərində küçələri bağlayıblar
Erməni müxalifətinin yaratdığı Müqavimət Hərəkatının üzvləri səhər saatlarından paytaxt İrəvan küçələrində itaətsizlik aksiyalarını davam etdiriblər. AYNA erməni mediasına istinadən bildirir ki, aksiyaçılar şəhərin müxtəlif yerlərində küçələri bağlayıblar.
“İrəvanın müxtəlif yerlərində 352 vətəndaş saxlanılaraq polis şöbələrinə aparılıb”, - deyə polisdən bildirilib.
Aksiya iştirakçıları İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsinin (polis əməkdaşının və ya polis əməkdaşlarının qanuni tələbinə tabe olmama) tələblərini pozduqlarına görə məsuliyyətə cəlb ediliblər.
Xatırladaq ki, mayın 2-dən etibarən Müqavimət Hərəkatının nümayəndələri Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə vətəndaş itaətsizliyi aksiyaları keçirirlər.