İrəvanda naməlum şəxslər yeganə sinaqoqa hücum ediblər

Dünya

11.06.2024 - 14:24

cedabet dərman SEO Xidməti

Fotolarda daş və şüşə qırıqları ilə sınmış pəncərə əks olunub

İyunun 11-nə keçən gecə İrəvanda naməlum şəxslər sinaqoqa hücum ediblər. AYNA xəbər verir ki, bu barədə Ermənistanın yəhudi icmasının nümayəndələri məlumat yayıb.

“Telegram” kanallarında yayımlanan fotolarda daş və şüşə qırıqları ilə sınmış pəncərə əks olunub.

Dini mərkəzə qəsdən zərər vurma ilə bağlı cinayət işi açılıb.

Bu gün Ermənistan paytaxtında yeganə sinaqoqa edilən hücum ötən ilin oktyabrından bəri dördüncüdür.

İsrail mediası səlahiyyətlilərin cavab verməməsindən narahatlığını ifadə edir. Nəşrlər sosial şəbəkələrdə ravvinlərə və israillilərə təhdid hallarını xatırladır. Binanı yandırmağa cəhd edənlər hələ də tapılmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş