Güc strukturları etirazçıların binaya daxil olmasına mane olub
İraqda Moqtada Sədr tərəfdarları hökumət binalarına hücum ediblər. AYNA-nın APA-ya istinadla xəbərinə görə, paytaxt Bağdadın xüsusi mühafizə olunan məhəlləsinə hücumda məqsəd əl-Sudaninin baş nazir postuna namizədliyinə etiraz etmək olub.
Etirazçılar parlament binasına soxulmağa cəhd etsələr də, güc strukturları onları dayandırıb. Qoruyucu səddi aşan etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edilib. Aksiya iştirakçıları arasında xəsarət alanlar var.