İraqda ABŞ-ın hərbi təyyarəsi qəzaya uğrayıb

Dünya

09.06.2020 - 08:36

S-130 hərbi nəqliyyat təyyarəsi eniş edərkən uçuş-enmə zolağından kənara çıxıb

 

ABŞ-ın hərbi hava qüvvələrinə məxsus S-130 təyyarəsi İraqda qəzaya uğrayıb

 

AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Et-Tacci amerikan hərbi bazasında baş verib.

 

Bildirilir ki, S-130 hərbi nəqliyyat təyyarəsi eniş edərkən uçuş-enmə zolağından kənara çıxıb və divara çırpılıb. Dörd hərbi qulluqçu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Müəllif: Ayna.az