İranla Türkiyə arasındakı sərhəd-keçid məntəqəsi açıldı

Dünya

04.06.2020 - 19:23

Birinci mərhələdə yük avtomobillərinin gediş-gəlişi təmin ediləcək

 

İranla Türkiyə arasındakı Bəzarqan sərhəd-keçid məntəqəsi bu gün açılıb. AYNA xarici mətbuata istinadən bildirir ki, bu barədə Bəzarqan sərhəd-keçid məntəqəsinin rəisi Sadiq Namdar məlumat verib. O bildirib ki, birinci mərhələdə yük avtomobillərinin gediş-gəlişi təmin ediləcək. Hər bir avtomobil məntəqədə yaradılmış mərkəzdə dezinfeksiya edilərək ölkəyə buraxılacaq. İkinci mərhələ də isə vətəndaşların qarşılıqlı gedişi-gəlişinə icazə veriləcək.

 

Namdar qeyd edib ki, üç ay bağlı qaldıqdan sonra məntəqənin açılışı zamanı bəzi texniki tədbirlər görülüb, kompüter avadanlığı yenilənib.

 

Qeyd edək ki, İranla Türkiyə arasındakı sərhəd-keçid məntəqəsi İranın Qərbi Azərbaycan vilayətində Urmiya şəhərinin yaxınlığında yerləşir.

Müəllif: Ayna.az