İranda qadın deputat koronavirusdan ölüb

Dünya

07.03.2020 - 22:53

Həkimlər Klinikalar SEO Xidməti

İranda millət vəkili koronavirusun qurbanı olub

 

İranda Tehran şəhərinin millət vəkili Fatma Rəhbər koronavirusdan dünyasını dəyişib. AYNA xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentlikləri məlumat yayıb.

 

56 yaşındakı Fatma Rəhbər İranda XI çağırış Parlament seçkilərində Mühafizəkarlar partiyasından deputat seçilmişdi. 

 

Qeyd edək ki, İranda COVİD-19 bu günə qədər 124 nəfərin ölümünə səbəb olub. Vəfat edənlərin arasında İranın Vatikandakı keçmiş səfiri Hadi Husrevşi, Diaqnostika Şurasının üzvü Məhəmməd Mirməhəmmədi və İranın Dəməşqdəki keçmiş səfiri Hüseyni Şeyxülislamın da adı var.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş