İranda ötən gün koronavirusdan 191 nəfər ölüb

Dünya

19.02.2022 - 17:27

Həkimlər Klinikalar SEO Xidməti

İranda COVID-19-la bağlı son vəziyyət açıqlanıb

İranda ötən sutka ərzində 191 nəfər koronavirusdan (COVID-19) ölüb. AYNA-nın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 134 798 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 12 058 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 925 485 nəfərə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş