Yanğınların söndürülməsi üçün əraziyə qonşu əyalətlərdən bir neçə helikopter göndərilib
İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində 5 nəfərə ölüb.
AYNA.AZ xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi Mehrdad Həsənzadə IRIB telekanalının efirində bildirib.
"Partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb. Xəsarət alanların sayı artmaqda davam edir, lakin bir çoxları yardım aldıqdan sonra tibb müəssisələrini tez tərk edirlər", - Həsənzadə qeyd edib.
Onun sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır, bütün xidmətlər işləyir, yanğınların söndürülməsi üçün əraziyə qonşu əyalətlərdən bir neçə helikopter göndərilib.
Qeyd edək ki, partlayış nəticəsində xəsarət alanların sayı 700 nəfəri ötüb.