İranda daşqın nəticəsində ölənlərin sayı 61-ə çatıb

Dünya

31.07.2022 - 01:46

Həkimlər Klinikalar SEO Xidməti

Təbii fəlakət 18 vilayətə zərər vurub

İranda baş verən daşqında bir həftə ərzində ümumilikdəı 61 nəfər ölüb. AYNA xəbər verir ki, bunu İran Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Əməliyyatlar İdarəsinin rəhbəri Mehdi Vəlipur deyib.

 

Onun sözlərinə görə, 32 nəfər itkin düşüb. Daha əvvəl 56 nəfərin öldüyü barədə məlumat yayılmışdı.

Təbii fəlakət 18 vilayətə zərər vurub. Meteoroloqlar bazar ertəsinə qədər dağlarda və çay sahillərində gəzintidən çəkinməyə çağırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş