Son həftə İranda havanın temperaturunda ekstremal göstərici qeydə alınıb
İranda anomal istilərlə əlaqədar avqustun 2 və 3-də ikigünlük tətil elan olunub.
AYNA İran KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə Səhiyyə Nazirliyinin təklifi əsasında Nazirlər Kabineti qərar qəbul edib.
Məlumata görə, son həftə İranda havanın temperaturunda ekstremal göstərici qeydə alınıb. Avqust ayı ərzində İranın cənub-qərb rayonlarında havanın temperaturunun 51 dərəcəyə yüksələcəyi gözlənilir.
Səhiyyə naziri Bəhram Eynullahi hökumətə temperatur 40 dərəcədən yüksək olan ərazilərdə istirahət günü elan etməyi təklif edib.