İranda 5 bal gücündə zəlzələ baş verib

Dünya

03.06.2020 - 15:47

Ölən, yaralanan və dağıntılar haqqında məlumat verilməyib

 

İranın qərbindəki İylam əyalətində 5 bal gücündə zəlzələ baş verib. AYNA xarici KİV-ə istinadən bildirir ki, Tehran Universitetinin Seysmoloji Mərkəzinin açıqlamasına görə, episentri İylam əyalətinin Saleh Abad qəsəbəsi olan zəlzələ bu gün yerli vaxtla saat 12:46-da baş verib.

 

Zəlzələnin 11 kilometr dərinlikdə baş verdiyi qeyd olunub. Hadisə nəticəsində ölən, yaralanan və dağıntılar haqqında məlumat verilməyib.

Müəllif: Ayna.az