İran Rəisinin helikopterinin diversiya səbəbindən qəzaya uğraması ehtimalını istisna edib

Dünya

30.05.2024 - 01:13

Həkimlər Klinikalar SEO Xidməti

İran Silahlı Qüvvələrinin Baş Qərargahı helikopter qəzası ilə bağlı hesabat yayıb

İran Prezidenti İbrahim Rəisinin helikopterinin diversiya nəticəsində yaranan partlayış nəticəsində qəzaya uğraması versiyası təkzib edilib.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının qəzanın təhqiqatından sonrakı ikinci hesabatında deyilir.

“Helikopterin qalıqlarının və hissələrinin tədqiqinin nəticələrinə əsasən, aralarındakı məsafəyə və səpələnmə üsuluna əsasən, uçuş zamanı və ya helikopterin yüksəkliklərin yamacına çırpılmasından saniyələr əvvəl diversiya nəticəsində partladılması versiyası istisna edilib”, - heabatda göstərilib.

Bütün sərnişinlər və ekipaj üzvləri qəza anındaca həlak olublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş