İran Prezidenti: "ABŞ hücumlardan əvvəl İsrailə kəşfiyyat məlumatı verib"

Dünya

15.06.2025 - 17:56

cedabet dərman SEO Xidməti

Pezeşkian: "Silahlar eyni dövlətlər tərəfindən təmin edilib"

ABŞ və Avropanın bir sıra ölkələri İsrailə İrana hücumlar etməzdən əvvəl kəşfiyyat məlumatı verib.

AYNA.AZ-ın məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib.

"Bu vəhşi hücumların qarşısını almaq əvəzinə, biz onların, ABŞ və Avropanın bir sıra ölkələrinin İsrailə necə siyasi dəstək, o cümlədən silah və kəşfiyyat məlumatları ilə yardım etdiyini görürük. Bu gün İsrailin ixtiyarında olan və bizə qarşı istifadə etdiyi təyyarələr, raketlər və silahlar eyni dövlətlər tərəfindən təmin edilib", - Pezeşkian bildirib.

Onun sözlərinə görə, Amerika rəsmilərindən biri İranın xarici işlər naziri Abbas Əraqçi ilə söhbətində deyib ki, İsrail ABŞ-nin icazəsi olmadan heç bir hərəkətə qadir deyil”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş